Prezident Daxili Qoşunlarının hərbi qulluqçularını təltif edib
10 Mart 2011 Cümə Axşamı 01:01
Sərəncam 13 hərbi qulluqçuya şamil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi qulluqçularını təltif etmək haqqında” Sərəncam imzalayıb. Məlumatı AzərTAc dövlət agentliyi yayıb. Dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır ki, Azərbaycan dövlətçiliyinin qorunmasında, ictimai təhlükəsizliyin təmin edilməsində, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən yüksək peşəkarlıq göstərdiklərinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının aşağıda adları göstərilən hərbi qulluqçuları “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilsinlər:

Ağayev Məzahir Telman oğlu - polkovnik-leytenant
Dəmirçiyev Ələddin Lətif oğlu - polkovnik-leytenant
Zahidov Aydın Tofiq oğlu - polkovnik-leytenant
Hüseynov Salman Əli oğlu - mayor
İbrahimov Elxan Paşa oğlu - tibb xidməti mayoru
İsmayılov Ələddin Paşa oğlu - mayor
İbrahimov Qadir Telman oğlu - kapitan
Novruzov Tural Natiq oğlu - kapitan
Pənahov Səbuhi Faiq oğlu - kapitan
Rzayev Zaur Elman oğlu - kapitan
Bağırov Ramiz İsrafil oğlu - leytenant
Məmmədov Elman Yusif oğlu - əsgər (ölümündən sonra)
Sadıqov Yaqub Qasım oğlu - əsgər (ölümündən sonra)
 
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar