Prezident Ailə, Qadın və Uşaq problemləri üzrə komitənin əməkdaşlarını təltif edib
26 Yanvar 2011 Çərşənbə 05:55
İlham Əliyevin sərəncamı ilə komitənin bir qrup üzvü “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi əməkdaşlarının “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aşağıdakı əməkdaşları “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilsinlər:

İmanov Səfər Bəbir oğlu
Nağıyeva Fəxriyyə Məmməd qızı
Rəcəbli Aydın Aydın oğlu
Zeynalova Solmaz Eyub qızı

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 yanvar 2011-ci il. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar