Ölkə

Pensiyaların sığorta hissəsi indeksləşdiriləcək

DSMF 2011-ci ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin edəcək

· Xəbərçi
Pensiyaların sığorta hissəsi indeksləşdiriləcək
Prezident İlham Əliyev pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədi ilə əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətinin verdiyi məlumata görə, Dövlət Sosial Müdafiə Fonduna 2010-cu il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq, 2011-ci ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etmək və fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirmək tapşırılıb.

Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək həvalə edilib.

Şərhlər