Penitensiar Xidmətə yeni rəis təyin olundu
15 Fevral 2011 Çərşənbə Axşamı 15:03
DİN-in Baş Mühafizə İdarəsinin rəisi Mədət Quliyev bu vəzifəni tutub
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə yeni rəis təyin olunub. Bu barədə ANS PRESS-ə Nazirliyin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, ədliyyə nazirinin müavini Faiq Qurbanov məlumat verib.

O, bildirib ki, xidmətin rəisi Nazim Ələkbərov tutduğu vəzifəsindən ölkə başçısının sərəncamı ilə azad edilib. Prezidentin digər sərəncamı ilə Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəisi Mədət Quliyev ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi vəzifəsinə təyinat alıb.

F.Qurbanov yaxın günlərdə Penitensiar Xidmətin yeni rəisinin kollektivə təqdim olunacağını bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar