Paytaxta yağış, rayonlara qar yağacaq
11 Mart 2011 Cümə 11:46
Həftəsonu ölkə ərazisində buluqlu, yağmurlu hava müşahidə ediləcək
Həftəsonu ölkə ərazisində buludlu, yağmurlu hava müşahidə ediləcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, martın 12-də Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 2-4° isti, gündüz 5-7° isti olacaq.

Martın 13-də də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Fasilələrlə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 2-4° isti, gündüz 5-7° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah fasilələrlə yağıntılı olacağı, dağlıq rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 1-5° isti, gündüz 6-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti təşkil edəcək.

Martın 13-də də yağıntılı hava davam edəcək. Dağlıq rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 0-4° isti, gündüz 6-11° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti müşahidə ediləcək.



DOSTLARINLA PAYLAŞ:

oyunlar