Ölkə

Paytaxt və regionlarda turizm obyektlərinin sayı artacaq

Əbülfəs Qarayev: "Bu il zəngin tədbirlərlə doludur".

· Xəbərçi
Paytaxt və regionlarda turizm obyektlərinin sayı artacaq
Son illər turizm ölkə iqtisadiyyatı üçün prioritet sahəyə çevrilib, turizm sahəsində ixtisaslı kadrların hazırlanması üçün Azərbaycan Turizm İnstitutu yaradılıb. Bunu bu gün Mədəniyyət və Turizm Nazirliyinin yaradılmasından 5 il ötməsi münasibəti ilə keçirilən tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Ə.Qarayev "Turizm ili" çərçivəsində görüləcək işlər barədə də danışıb. “Bu il zəngin tədbirlərlə doludur. O cümlədən paytaxt və regionlarda tikiləcək turizm yerlərin sayı artırılacaq. Beynəlxlaq tədbirlərə də burada geniş yer veriləcək. Bütün bunlar ötən il təsdiq edilmiş “Dövlət turizm inkişafı proqramı” çərçivəsində həyata keçiriləcək”,- deyə o vurğulayıb. ANSPRESS

Şərhlər