Parlament seçkiləri günü proqnozlaşdırılan hava şəraiti
05 Noyabr 2010 Cümə 11:15
Noyabrın 5-də Bakı və Abşeron yarımadasında hava az buludlu, yağmursuz olacaq, cənub küləyi əsəcək, yarımadanın bəzi yerlərində güclənəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya bildirib ki, havanın temperaturu gündüz 18-21, axşam 12-14 dərəcə isti olacaq.
Noyabrın 6-da hava az buludlu, yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaq.
Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəzlənəcək, axşama doğru yarımadanın bəzi yerlərində arabir güclənəcək. Gecə 10-12, günün birinci yarısında 19-22, günün ikinci yarısında 15-17 dərəcə isti olacaq.
Noyabrın 7-də hava dəyişkən buludlu, yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaq. Şimal küləyi gündüz cənub-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gündüz 18-20, gecə 10-13 dərəcə isti olacaq.
Noyabrın 8-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi günün ikinci yarısında şimal küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 10-12, gündüz 18-21 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında noyabrın 6-da hava, əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 4-9, gündüz 17-22, dağlarda gecə 2-7, gündüz 11-16 dərəcə isti olacaq.
Noyabrın 7-8-də hava əsasən yağmursuz keçəcək, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-9, gündüz 16-21,
dağlarda gecə 2-7, gündüz 10-15 dərəcə isti olacaq. APA
DOSTLARINLA PAYLAŞ: