Parlament ombudsmanın hesabatını bəyənib
04 Mart 2011 Cümə 17:41
Elmira Süleymanova: "Qobustan həbsxanasının müdiri Kamal Abdullayev vəzifəsindən kənarlaşdırılıb"
Milli Məclis Azərbaycan Ombudsmanının “2010-cu ildə Azərbaycanda insan hüquqları və azadlıqlarının müdafiəsinin təminatı vəziyyəti haqqında” hesabatını qəbul edib.

Ombudsman Elmira Süleymanova öz hesabatını deputatlara təqdim edərək bildirib ki, 2010-cu ildə daxili işlər orqanları əməkdaşları tərəfindən insan hüquqları və azadlıqlarının pozulması ilə əlaqədar 174 fakt qeydə alınıb, bununla bağlı hüquq-mühafizə orqanlarının 276 əməkdaşı inzibati məsuliyyətə cəlb olunub. Bundan başqa, Ombudsmanın fəaliyyəti nəticəsində Ədliyyə Nazirliyi ədliyyə orqanlarında qanun pozuntularına yol verdiyi üçün dörd əməkdaşı haqqında prokurorluğa materiallar göndərib və 220-dən çox əməkdaşını məsuliyyətə cəlb edib, həmçinin 26 şəxs tutduğu vəzifədən azad edilib və ya ədliyyə orqanlarından çıxarılıb. İki şəxs barəsində işlər məhkəmələrə verilib, Qobustan həbsxanasının müdiri Kamal Abdullayev vəzifəsindən kənarlaşdırılıb.

“Azərbaycanda insan hüquqları üzrə müvəkkil haqqında” Konstitusiya qanunu 28 dekabr 2001-ci il tarixdə parlament tərəfindən qəbul edilib. Elmira Süleymanova 2002-ci il iyulun 2-də ölkə parlamenti tərəfindən Azərbaycan Ombudsmanı kimi təsdiqlənib. Ombudsman ilk dəfə 2004-cü ilin martında parlamentdə hesabat verib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar