Palmali daha bir gəmisini suya endirib
05 Fevral 2011 Şənbə 12:55
Armada tipli gəmi Kapitan Nağdəliyevin adını daşıyır
“Palmali” Şirkətlər Qrupu Azərbaycan qəhrəmanları, ziyalıları və tarixi guşələrimizi dünya sularında tanıtmağı davam etdirir. Şirkətlər Qrupundan ANS PRESS-ə verilən məlumata görə, yeni Armada tipli gəmi "Beşiktaş" gəmiqayırma zavodundan suya endirilib.
Milli qəhrəman Mübariz İbrahimovun adını daşıyan gəmidən sonra növbəti suya endirilən və Azərbaycanı dünya sularında tanıdacaq gəminin adı Kapitan Nağdəliyevdir. Adını daşıyan gəmini dünya sularına yola salmaq üçün Türkiyəyə gələn Bayram Nağdəliyev qürur hissi keçirdiyini və onun adı verilən gəminin hər zaman uğurlu olacağına əmin olduğunu bildirib. Şəhidlər 1 dəqiqəlik sükutla anılandan sonra iki ölkənin himnləri səsləndirilib. Kapitan Nağdəliyevin qızı Alide Sanders atasının adını daşıyan gəminin xaç anası olub və dənizçi adət ənənələrinə uyğun olaraq şampan şüşəsini gəminin gövdəsinə çırparaq gəmiyə uğurlu yol arzulayıb.
Tankerin suya endirilmə mərasimində Bayram Nağdəliyevin qızı Alidə Sanders, nəvəsi eləcə də “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov başda olmaqla, şirkətlər qrupunun əməkdaşları, “Beşiktaş” Şirkətlər Qrupunun İdarə Heyətinin sədri İhsan Kalkavan iştirak ediblər.
Xatırladaq ki, oktyabrın 8-də 2009-cu ildə "Palmali" Şirkətlər Qrupu və "Beşiktaş" (Beşiktaş Gemi İnsaat Anonim Şirketi, Тürkiyə) şirkəti arasında 10 armada tipli tankerin inşası ilə bağlı müqavilə imzalanıb. Bu, "Beşiktaş" gemiqayırma zavodundan endiriləcək ikinci gəmi olub.
1-ci seriya Armada növlü 10 tanker və 2-ci seriya Armada növlü 5 tanker hal-hazırda qarışıq dəniz-çay şəraitində xam neft, yanacaq nefti, benzin və digər neft məhsullarının, bitki yağlarının daşınmasında, həmçinin Xəzər, Qara və Aralıq dənizlərində nəqliyyat, həmçinin Avropa qitəsi ətrafında və İrlandiya dənizi üzrə qışda nəqliyyat vasitəsi kimi işlədilir.
RST22M layihəsi gəmilərinin qabarit uzunluğu 139.95 m, eni 16.6 m və relyef dərinliyi 6 m-dir. Birinci seriya Armada növlü tanker-gəmiləri ilə müqayisədə, yeni layihənin daha yaxşı dəniz naviqasiya imkanları, dəniz şəraitində çoxaldılmış, 650 mt olan çəkisi və böyüdülmüş rezervuarları, eyni zamanda çaylarda qabiliyyətləri saxlanılıb.
Qeyd edək ki, Nağdəliyev Bayram Ağabala oğlu 1932-ci ildə anadan olub. Əmək fəaliyyətini matrosluqdan başlayaraq uzaq səfərlər kapitanı rütbəsinə yüksəlib. 39 il yalnız bir vəzifədə Xəzər Dəniz Gəmiçiliyi idarəsi rəisinin müavini vəzifəsində çalışaraq yüzlərlə şturman və kapitanlar hazırlayaraq müxtəlif tipli gəmilərin təhlükəsiz istismar olunmasında böyük əməyi olub.
DOSTLARINLA PAYLAŞ: