Öyrən, əməl et, öyrət, tələb et
22 Fevral 2011 Çərşənbə Axşamı 19:01
Dövlət Yol Polisi təhlükəsizlik həftəsi keçirəcək
Mart ayının 1-dən “Öyrən, əməl et, öyrət, tələb et” adı altında təhlükəsilik həftəliyi keçiriləcək. Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədovun ANS PRESS-ə açıqlamasında bildirib.

Tədbir Bakı şəhər Dövlət Yol Polis İdarəsinin, Bakı şəhər Təhsil İdarəsi ilə birgə təşkil edilib. Tədbir Nəsimi rayonu ərazisində yerləşən 46 saylı məktəbdənkənar tərbiyyə işi mərkəzində məktəblilər arasında keçiriləcək. Tədbirdə Bakı şəhərində yerləşən bütün məktəblərdən nümayəndələr iştirak edəcək. Məktəb şagirdləri yol polisi əməkdaşları ilə birgə təbliğat işlərini aparacaq.

"Burada Bakı şəhər məktəblilərinin yol hərəkəti qanunlarına dair bilgilərin yoxlanılması həyata keçiriləcək”, - deyə Vaqif Əsədov vurğuladı.

Qeyd edək ki, sonda şagirdlər arasında təşkil ediləcək müsabiqədə qaliblər seçiləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar