Ötən günün kriminal xronikası
    16 Fevral 2011 Çərşənbə 18:53
    Daxili işlər orqanları tərəfindən 49 cinayət faktı qeydə alınıb
    
                	 
    
         Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən 49 cinayət faktı qeydə alınıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, onlardan 33-ü “isti izlər”lə açılıb, həmçinin ötən günlərdən bağlı qalan 1 cinayətin də üstü açılıb. 
 
 Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 12 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. 
 
 Baş verən iki yol-nəqliyyat hadisəsi zamanı 5 nəfər, 10 yanğın hadisəsi zamanı isə 3 nəfər yaralanıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyən edilib. 
 
 Cinayət törətdiklərinə görə 40 nəfər tutularaq aidiyyati üzrə təhvil verilib.
DOSTLARINLA PAYLAŞ: