Ölkə

Osman Kazımov Vəkillər Kollegiyasından çıxarıldı

Bu barədə vəsatət Baş prokurorun müavini tərəfindən qaldırılıb

· Xəbərçi
Osman Kazımov Vəkillər Kollegiyasından çıxarıldı
Vəkillər Kollegiyası Rəyasət Heyətinin fevralın 4-də keçirdiyi iclasında Osman Kazımovun vəkillik fəaliyyətinin dayandırılması və qurumun üzvlüyündən çıxarılması barədə qərar qəbul edilib.

Rəyasət Heyəti Osman Kazımovun üzvlükdən çıxarılması barədə qərarı baş prokurorun birinci müavini Rüstəm Usubovun təqdimatı əsasında çıxarıb. Vəkil və hüquqlarını müdafiə etdiyi şəxs işi aparan müstəntiqin təhrifə yol verdiyini əsas gətirərək protokolu imzalamayıblar. Müstəntiq isə bu halı müdafiə hüququnun pozuntusu kimi qiymətləndirərək Osman Kazımovun cəzalandırılması üçün vəsatət qaldırıb. Baş Prokurorun birinci müavini Rüstəm Usubov bu haqda Vəkillər Kollegiyasına təqdimat yazıb. Rəyasət Heyyəti təqdimatı yekdilliklə qəbul edib. Rəyasət Heyətinin qəbul etdiyi qərar məhkəmə tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək.

Osman Kazımov isə “Azadlıq” radiosuna açıqlamasında bildirib ki, fəaliyyətində heç bir qanun pozuntusuna yol verməyib.Onun fikrincə, hər hansı qanunsuzluğa yol versəydi belə əvvəlcə iltizam tənbehlə - xəbərdarlıq, töhmət, fəaliyyətin dayandırılması ilə cəzalandırılmalı və ən sonda üzvlükdən çıxarılma barədə qərar qəbul edilməliydi.

Qeyd edək ki, Osman Kazımov 1990-cı ildə Azərbaycan Vəkillər Kollegiyasına üzv seçilib.

Şərhlər