Ordunun döyüş hazırlığı səviyyəsi yüksəldilib
07 Mart 2011 Bazar Ertəsi 11:56
Hərbi şəhərciklərdə yenidənqurma işləri şəxsi heyətin mənzil-məişət və yaşayış şəraitini yaxşılaşdırıb
Son illərdə Müdafiə Nazirliyinin hərbi şəhərciklərində yerinə yetirilmiş tikinti, yenidənqurma, təmir və abadlıq işləri şəxsi heyətin mənzil-məişət və yaşayış şəraitini yaxşılaşdırmaqla yanaşı onun döyüş hazırlığı səviyyəsini də yüksəldib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hazırda bu işlər davam etdirilir və növbəti illər üçün də yerinə yetiriləcək quruculuq vəzifələri planlaşdırılır.

Belə ki, Müdafiə Nazirliyinin 43 hərbi şəhərciyində tikinti, yenidənqurma və təmir işlərinin təxmini statistikası aşağıdakı kimidir.

Ümumi sahəsi 47 050 m2 olan 6 “əsgər yataqxanası”, ümumi sahəsi 18 735 m2 olan 2 “əsgər yeməkxanası”, ümumi sahəsi 5 741 m2 olan 2 “qərargah”, ümumi sahəsi 4 472 m2 olan 2 “tibb məntəqəsi”, ümumi sahəsi 28 462 m2 olan 3 “yaşayış”, ümumi sahəsi 2 320 m2 olan 2 “qazanxana, hamam, çamaşırxana”, sahəsi 17 600 m2 olan “cərrahiyyə korpusu”, sahəsi 4 918 m2 olan “inzibati” binaları tikilərək istifadəyə verilib.

Ümumi sahəsi 46 387 m2 olan 5 “əsgər yataqxanası”, ümumi sahəsi 13 798 m2 olan 2 “əsgər yeməkxanası”, ümumi sahəsi 5 851 m2 olan 2 “qərargah”, ümumi sahəsi 4 472 m2 olan 2 “tibb məntəqəsi”, ümumi sahəsi 85 858 m2 olan 6 “yaşayış”, ümumi sahəsi 2 204 m2 olan 2 “qazanxana, hamam, çamaşırxana” binaları hazırda tikilir.

Sahəsi 2 258 m2 olan “klub-yeməkxana”, sahəsi 3 414 m2 olan “cərrahiyyə şöbəsi”, sahəsi 30 173 m2 olan “8 mərtəbəli müalicə korpusu”, ümumi sahəsi 11 000 m2 olan “yataq korpusu”, ümumi sahəsi 33 000 m2 olan “tədris korpusu” binalarında əsaslı təmir işləri yerinə yetirilir.

“Gəncə-72”, “Dəllər-1”, “Şəmkir-3”, “Seyfəli-1”, “Gədəbəy (Saratovka)”, “Gədəbəy (Başkənd)”, “Zığ-72”, “Bərdə-1”, “Sarıcalı-1”, “Beyləqan (Milabad)” hərbi şəhərciklərində ümumi sahəsi 922 m2 olan 15 “qazanxana” binaları inşa edilib, müasir tipli texnoloji avadanlıqlar ilə təchiz olunub, ümumi uzunluğu 17 850 metr olan ərazidaxili istilik xəttləri və 52 binada binadaxili istilik sistemləri çəkilib.

“Bakı-52”, “Bakı-55”, “Qırmızı Şərq-1”, “Qırmızı Şərq-49”, “Ağstafa-3”, “Pirəküşkül-2” hərbi şəhərciklərində yerləşən qazanxana binaları təmir olunub.

“Qırmızı Şərq-1”, “Zığ-7”, “Ağstafa-3” və “Pirəküşkül-2” hərbi şəhərciklərində yerləşən 14 binanın daxili istilik sistemləri yenidən qurulub.

“Beyləqan (Milabad)”, “Şamaxı (Qızmeydan)”, “Şamaxı (Qurbançı)”, “Şamaxı (Sündü)”, “Kömürkey” hərbi şəhərciklərində ümumi uzunluğu 7 500 metr olan magistral yüksək gərginlikli elektrik xətləri çəkilib.

“Qaraheybət-1”, “Üçtəpə-1”, “Biləcəri-190”, “Güzdək-1”, “Gəncə-38”, “Gəncə-76”, “Gəncə-84” və “Gəncə-111” hərbi şəhərciklərində 8 “əsgər yataqxanası” və 8 “əsgər yeməkxanası” binalarında daxili təmir işləri yerinə yetirilib. Ümumi sahəsi 18 750 m2 olan 24 “texniki” binanın dam örtüyü təmir olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar