Ölkənin ən yaşlı seçicisi
07 Noyabr 2010 Bazar 10:00
112 yaşlı Məhbubə Fətullayeva Lerikdə qeydiyyatdadır
Azərbaycanın Lerik rayonunun Peştətük kənd sakini, 1898-ci il təvəllüdlü Məhbubə Həsənverdi qızı Fətullayeva ölkənin ən yaşlı seçicisidir. APA-nın məlumatına görə, üç əsrin şahidi olan Məhbubə Fətullayeva bu gün keçirilən parlament seçkisində də səs verəcəyini deyib.

Qeyd edək ki, ən yaşlı seçici 78 saylı Lerik Dairə Seçki Komissiyasının ərazisində qeydiyyatdadır.

DSK sədri İdris Şıxəliyev dairə üzrə 4 nəfərin deputat mandatı uğrunda mübarizə apardığını bildirib. Onun sözlərinə görə, dairənin əhatə etdiyi 108 məntəqədə 29 min 744 nəfər seçici qeydiyyata alınıb. İlk dəfə səs verəcək vətəndaşların sayı 537 nəfərdir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar