Ölkə

Ölkədaxili uçuşlar üçün pulsuz bilet

Yanvarın 1-dən AZAL-dan beynəlxalq istiqamətlərdəki uçuşlara iki tərəfə aviabilet alanlara belə şans verilir

· Xəbərçi
Ölkədaxili uçuşlar üçün pulsuz bilet
“AZAL Azərbaycan Hava Yolları”nın beynəlxalq istiqamətlərdəki uçuşlarına “ora və geriyə” bir aviabilet əldə edən Azərbaycan vətəndaşları 2011-ci il yanvarın 1-dən etibarən əlavə olaraq pulsuz bilet ala biləcək. AZAL-ın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, pulsuz aviabiletlərin rəsmiləşdirilməsi Bakı-Naxçıvan-Bakı, Bakı-Gəncə-Bakı, Bakı-Zaqatala-Bakı və Bakı-Lənkəran-Bakı istiqamətlərinə aid edilir.

Pulsuz rəsmiləşdirilən əlavə biletdə qeyd olunan tarixlər, ilkin rəsmiləşdirilmiş beynəlxalq aviabiletdə qeyd olunan tarixlərdən 24 saat müddətindən artıq olmamalıdır.

Pulsuz əlavə biletdə uçuş tarixinin dəyişdirilməsinə yalnız ilkin beynəlxalq istiqamətdə rəsmiləşdirilmiş aviabiletin uçuş tarixi müvafiq olaraq dəyişdirildiyi halda icazə verilir.

Şərhlər