Ölkə ərazisinə leysan yağacaq, dolu düşəcək
21 İyul 2010 Çərşənbə 12:00
Sabah paytaxtda da yağış yağmaq ehtimalı var.
Bakıda və Abşeron yarımadasında bu gün günəşli hava proqnozlaşdırılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gündüz 34-38°, axşam 27-29°, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-29° olacaq.
İyulun 22-də dəyişkən buludlu,əsasən yağmursuz hava olacağı gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi, gündüz cənub-şərq küləyinə keçəcək. Havanın temperaturu gecə 25-28°, gündüz 33-35°, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-29° təşkil edəcək.
İyulun 23-də havanın arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 24-27°, gündüz 33-35° olacaq.
İyulun 24-də dəyişkən buludlu hava olsa da, gün əsasən yağmursuz keçəçək. Şimal, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 24-27°, gündüz 33-36° təşkil edəcək.
Azərbaycanın rayonlarında sabah gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə lokal leysan xarakterli olacağı ehtimalı var.
Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 23-28°, gündüz 34-38°, dağlarda gecə 13-18°, gündüz 24-29° olacaq.
İyulun 23-24-də gündüz hava əsasəsn yağmursuz keçsə də, gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Bəzi yerlərdə lokal leysan xarakterli olacağı, qərb rayonlarında dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 21-26°, gündüz 33-37°, dağlarda gecə 12-17°, gündüz 22-27° təşkil edəcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: