Ölkə ərazisindəki otellərdə monitorinq aparılır
15 İyul 2010 Cümə Axşamı 15:05
Yoxlamalar zamanı əsasən otellərin keyfiyyətinə, xidmətinə və qiymətlərə diqqət yetirilir.
Hazırda yay mövsümü ilə əlaqədar olaraq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkənin turizmlə bağlı ərazilərində fəaliyyət göstərən otellərdə monitorinqlər keçirilir. ANS PRESS-in Mədəniyyət və Turizm İdarəsinin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, monitorinqlər əsasən ölkənin yay mövsümündə turizm üçün əlverişli olan bölgələrində, xüsusi ilə də Şimal bölgəsində aparılır. Yoxlamalar zamanı əsasən otellərin keyfiyyətinə, xidmətinə və qiymət məsələlərinə diqqət yetirilir. Monitorinqlərin yaxın həftə ərzində yekunlaşması gözlənilir. Dəqiq nəticələr barədə monotirnq yekunlaşandan sonra məlumat veriləcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: