Oktyabrın son günləri hava sabit olacaq
27 Oktyabr 2010 Çərşənbə 12:00
Ölkə ərazisində buludlu və yağmursuz hava proqnozlaşdırılır.
Oktyabr ayının son günləri ölkə ərazisində hava sabit olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AN SPRESS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bu gün hava buludlu olacaq, arabir açılacaq. Gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gündüz 17-19°, axşam 14-16° isti olacaq.

Oktyabrın 28-də dəyişkən buludlu, əsasən yağmursuz hava proqnozlaşdırılır. Cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 11-13°, gündüz 18-21° təşkil edəcək.

Oktyabrın 29-da axşam havanın tutqun olacağı gözlənilir. Cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-15°, gündüz 20-23° təşkil edəcək.

Oktyabrın 30-da buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gecə və səhər zəif duman olacağı, çiskinli yağış yağacağı gözlənilir. Gündüz havanın arabir açılacağı, axşam isə qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq,
axşam arabir güclənəcək. Havanın temperaturu gecə 12-14°, gündüz 18-20° olacaq.

Azərbaycanın rayonlarında sabah əsasən yağmursuz hava müşahidə ediləcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-16°, gündüz 19-24°, dağlarda gecə 5-8°, gündüz 13-18° olacaq.

Oktyabrın 29-30-da gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Ayın 29-da axşam qərb rayonlarından başlayaraq 30-da hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-16°,
gündüz 22-25°, 30-da 18-20°, dağlarda gecə 4-8°, gündüz 14-17°, 30-da 10-13° təşkil edəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar