Novruz ərəfəsində meyvə-tərəvəzin qiyməti qalxıb
08 Mart 2011 Çərşənbə Axşamı 16:01
Bəzi hallarda bazarda süni qiymət artımı müşahidə olunur
Bayram qabağı qiymətlərdə bahalaşma müşahidə olunur. Ən çox bahalaşan isə meyvədir. Bir neçə gün əvvəllə müqayisədə qiymətlər 50 qəpikdən 1 manat arası artıb. Satıcıların sözlərinə görə, bu topdan satış bazarında qiymətlərin qalxması ilə əlaqədardır.

Novruzun atributu sayılan səməni 1 manatdır. Novruz qabağı çərəzlərin qiymətində də fərq var.

Qoz ləpəsi 10-18, fındıq 10, şabalıd 6-8, kişmiş 6-7, xurma, innab, iydənin qiyməti eynidir, 3-4 manatdır. Qaysı 6-7, turşu 8-12 manatdır.

Meyvələrin qiymətinə gəldikdə:

Alma 1,50 - 3 manat, armud 3-3,50 manat, portağal 3, heyva 3 manatdır

Tərəvəzlərin qiymətində də dəyişiklik olub. Pomidor 2- 2,50, xiyar 2, kartof 1-1,20, soğan 1 manatdır.

Ötən ilin cari dövrü ilə müqayisədə qiymətlər 50 faizə qədər qalxıb. Məsələn, ötən il 6-8 manata satılan qoz ləpəsi indi 10-12 manat, hətta 18 manatdır. Kişmiş ötən il 4 manat indisə, indi 6-7 manatdır.

İqtisadi İnkişaf Nazirliyi Novruz bayramı ilə əlaqədar tələbatın yüksəlməsini diqqətə alaraq, qiymət artımı meyllərinə nəzarəti gücləndirib. Nazirliyin araşdırmaları nəticəsində belə müəyyən olunub ki, bir sıra hallarda dünya bazarında ərzaq mallarının qiymətinin artması Azərbaycan bazarlarına təsir etsə də, bəzi hallarda süni qiymət artımı da müşahidə olunur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar