Novruz bayramı ilə əlaqədar 5 gün iş olmayacaq
    23 Fevral 2011 Çərşənbə 13:16
    Martın 20-i istirahət gününə düşdüyü üçün ayın 25-də qeyri-iş günü hesab ediləcək
    
                	 
    
         Novruz bayramı ilə bağlı mart ayının 20-dən 24-nə kimi qeyri-iş günləridir. Nazirlər Kabinetinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, 10-24 mart tarixləri rəsmi bayram günləridir. Lakin martın 20-i istirahət gününə düşdüyü üçün ayın 25-i də qeyri-iş günü hesab ediləcək. 
 
 Qeyd edək ki, təqvimə əsasən, martın 26-sı şənbə, 27-i isə bazar günləridir.
 
 Mart ayının 20-ni də nəzərə alsaq, həftənin 5 günü işləyənlər üçün Novruz bayramında 8 gün dalbadal iş olmayacaq. 
 
 Qeyd edək ki, marta ayında daha bir bayram günü ayın 8-nə düşür. 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə bu gün də qeyri-iş günü hesab edilir.
DOSTLARINLA PAYLAŞ: