Ölkə

Nərimanov rayonuna yeni prokuror təyin edilib

Nərimanov rayonuna yeni prokuror təyin edilib. Baş Prokurorluğ rəsmi məlumat yayıb.

· Xəbərçi
Nərimanov rayonuna yeni prokuror təyin edilib
Nərimanov rayonuna yeni prokuror təyin olunub. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, müvafiq əmrlə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin İstintaq şöbəsinin rəisi, baş ədliyyə müşaviri Fikrət Ağa oğlu Mahmudov Nərimanov rayon prokuroru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Nərimanov rayon prokuroru Dürhəsən İmanov səlahiyyət müddətinin başa çatması ilə əlaqədar tutduğu vəzifədən azad edilmişdi. ANSPRESS

Şərhlər