Ölkə

Nemət Pənahlıya qarşı yeni ittiham irəli sürüb

Bu barədə Nemət Pənahlının vəkili bildirib.

· Xəbərçi
Nemət Pənahlıya qarşı yeni ittiham irəli sürüb
Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlıya qarşı daha bir ittiham irəli sürülüb. Bu barədə onun vəkili E. Sadıqov bildirib. Onun sözlərinə görə, yeni ittiham CM-nin 127.2.3 maddəsilə (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə törədildikdə) irəli sürülüb.

Xatırladaq ki, yanvarın 8-də N. Pənahlı öz dostu Ceyhun Fərzəliyev ilə birlikdə vətəndaş Eldar Rzayevin şikayəti əsasında saxlanılıb. Yanvarın 10-da Nəsimi Rayon Məhkəməsi Pənahlı və Fərzəliyevi CM-in 221.3 maddəsilə (silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) iki ay müddətində həbs edib. Yanvarın 17-də Bakı Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxlayıb.

N. Pənahlı və Fərzullayev E. Rzayevin şikayəti əsasında saxlanılıb. Şikayətçi bildirib ki, yanvarın 7-də sözügedən şəxslər onu Nəsimi rayonunda M.Qaşqay küçəsində metal əşya ilə döyüblər.

AMDP 1994-cü ildə yaradılıb. Fəaliyyətinin ilk illərində partiya hökuməti dəstəkləyib, daha sonra isə müxalifətə keçib. N.Pənahlı SSRİ-nin dağılmasından sonra Milli Azadlıq Hərəkatının rəhbərlərindən biri olub, 1993-cü ildə dövlət müşaviri vəzifəsinə təyin edilib, 1994-cü ildə isə bu vəzifədən azad edilib. ANSPRESS

Şərhlər