"Neftçi" bombardir futbolçu Fərid Quliyevi aldı
25 İyun 2010 Cümə 16:45
Flaqman Fərid Quliyevlə bir illik müqavilə imzalayıb.
"Neftçi" futbol klubu mövsümlərarası fasilədə transfer çalışmalarını davam etdirir. Flaqman heyətə daha bir futbolçu cəlb edib. Klubdan verilən məlumata görə, Unibank Premyer Liqasının 2009/10 mövsümündə 16 qolla bombardir olan Fərid Quliyev "Neftçi"yə transfer olunub. Milli komandamızın da şərəfini qoruyan 24 yaşlı hücumçu ilə 1 illik müqavilə bağlanılıb.

Xatırladaq ki, "Neftçi" Fərid Quliyevdən öncə makedoniyalı Slavko Georgievski, braziliyalılar Denis Silva, Alessandro Viana da Silva, eləcə də Rauf Mehdiyevi transfer edib. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar