Ölkə

Neft yenidən ucuzlaşdı

“Qara qızıl” bir barelinin qiyüməti 88,38 dollara enib

· Xəbərçi
Neft yenidən ucuzlaşdı
Ötən gün dünya birjalarında neft yenidən ucuzlaşıb. Bu, ABŞ-da neft və qaza aşağı tələbatla əlaqədar yaxın həftələrdə xammal ehtiyatının gözlənilən artımı fonunda baş verib.

Nyu-York birjasında “Light Sweet Crude Oil” markalı neftin bir barelinin qiyməti 1,92 dollar azalaraq, 88,38 dollara enib.

London birjasında isə “Brent Crude Oil” markalı neft 0,98 dollar ucuzlaşıb. Bu markadan olan “qara qızıl”ın bir barelinin qiyməti 94,52 dollar təşkil edib.

Şərhlər