Ölkə

Neft bahalaşdı

“Qara qızıl”ın bir barelinin qiyməti Nyu-Yorkda 90,30, Londonda isə 95,50 dollara çatıb

· Xəbərçi
Neft bahalaşdı
Ötən gün dünya bazarlarında neftin qiyməti artıb. Mütəxəssislər bunu btən həftə ərzində ABŞ-da xammal ehtiyatının azalması və müsbət iqtisadi məlumatlarla əlaqələndirirlər.

Nyu-York birjasında “Light Sweet Crude Oil” markalı neftin bir barelinin qiyməti 0,92 dollar artıb və 90,30 dollara çatıb.

London birjasında isə “Brent Crude Oil” markalı neft 1,97 dollar bahalaşıb. Bu markadan olan “qara qızıl”ın bir barelinin qiyməti 95,50 dollar təşkil edib.

Şərhlər