Azərbaycan Nazirlər Kabineti 2011-ci ildə Novruz, Ramazan və Qurban bayramları haqqında qərar qəbul edib.
APA-nın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, qərara əsasən, 2011-ci ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı, 30, 31 avqust Ramazan bayramı, 6, 7 noyabr isə Qurban bayramıdır.
Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir.
Qərarı baş nazir A. Rasizadə imzalayıb.