Nazir müavini Sahir Məmmədxanov: "Biznes qeydiyyatı on-line sistemlə olacaq"
26 Fevral 2011 Şənbə 12:51
Sahir Məmmədxanov: “Vergi Məcəlləsinə dəyişikliklər barədə təkliflər aprel-may aylarında aparlamentə təqdim olunacaq”.
Vergi Məccələsinə dəyişiklik istiqamətində işlər davam etdirilir və dəyişikliklər barədə təkliflər aprel-may aylarında parlamentə təqdim olunacaq. Bu barədə ANS-ə vergilər nazirinin müavini Sahir Məmmədxanov məlumat verib.
Onun sözlərinə görə, hazırda ölkədə biznesin qeydiyyatının asanlaşdırılması üçün on-line qeydiyyat sisteminin tətbiqinə hazırlıq görülür.
Sahir Məmmədxanov qeyd edib ki, Bu sistem sahibkarların işini asanlaşdıracaq. Belə ki, bu gün faktiki olaraq ərazilərdə nazirliyin terminalları fəaliyyət göstərir: “İstənilən yerlərdə vergi ödəyiciləri öz məlumatlarını daxil etməklə, həmin anda qeydiyyata alınacaqlar və subyekt kimi fəaliyyətə başlayacaqlar”.
"Nazirlik rəsmiləri çalışır ki, istər rayonlardan, istərsən də şəhər yerlərindən olan subyektlərin qeydiyyatının hüquqi məsələləri tam minmuma endirilsin. Çalışırıq ki, bütün bu hüquqi məsələri tam sadələşdirək”, deuə nazir müavini əlavə edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: