Azərbaycanın Rusiyadakı səfiri, xalq artisti Polad Bülbüloğlu Qazaxıstan Respublikası prezidentinin Sülh və Tərəqqi Dövlət Mükafatına layiq görülüb. ANS PRESS-in “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, Qazaxıstan prezidentinin müvafiq fərmanında deyilir:
“Xalqlar arasında sülh və dostluq, qarşılıqlı etibarın möhkəmləndirilməsinə verdiyi xüsusi töhfələr, türkdilli ölkələrin dini-mədəni münasibətlərinin inkişafına yönəldilən fəal fəaliyyətinə görə, Azərbaycan Respublikasının xalq artisti Polad Bül-büloğlu Qazaxıstanın birinci prezidentinin Sülh və Tərəqqi Dövlət Mükafatına layiq görülsün”.
Nazarbayev Polad Bül-büloğlunu mükafatlandırıb
Azərbaycanın Rusiyadakı səfiri Sülh və Tərəqqi Dövlət Mükafatına layiq görülüb




Şərhlər