Naxçıvan-Moskva aviareysinə bu gün start verilir
27 İyul 2010 Çərşənbə Axşamı 06:25
Uçuşlar qarşılıqlı olaraq hər həftənin çərşənbə axşamı həyata keçiriləcək.
Bu gün Naxçıvandan Rusiya paytaxtına birbaşa aviareys açılır. Naxçıvan beynəlxalq hava limanı və Rusiyanın “Soyuz-Atlant” aviaşirkəti arasında əldə olunmuş razılığa əsasən uçuşlar hər həftənin çərşənbə axşamı Boeing 737-800 təyyarələri ilə həyata keçiriləcək. Təyyarə Moskvanın “Vnukovo” hava limanından 12.00-da havaya qalxacaq, yerli vaxtla 15.45-də isə Naxçıvana enəcək. Elə həmin gün də 16.45-də Naxçıvandan Moskvaya qayıdacaq.

Hazırda Naxçıvan və Moskva şəhərlərinin hava limanlarında bilet satışı başa çatmaq üzrədir. Qeyd edək ki, birtərəfli uçuş üçün biletin qiyməti indilik 125 avro olaraq nəzərdə tutulub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar