Nardaranın işığı kəsildi
19 Noyabr 2010 Cümə 14:10
Qəsəbə sakinləri narazıdır
Bu gün Bakının Sabunçu rayonu Nardaran qəsəbəsinin sakinləri qəsəbədə etiraz aksiyası keçirib. Aksiyaçıların ANS PRESS-ə verdiyi məlumata görə, nardaranlıların etirazına qəsəbəyə verilən işıq enerjisinin kəsilməsi səbəb olub.
“İşıqlarımız tez-tez sönürdü. Bu gün səhər işıq idarəsindən gəldilər işıqları tamamilə kəsdilər. Səbəbini də demədilər. Dedilər ki, bu gün qəsəbəyə işıq verilməyəcək. İşıqları hansı səbəbən kəsdiklərini bilmirik. Kənddə hamı işıqpulunu verib”, - deyə qəsəbə sakini Mahir Mikayılov ANS PRESS-ə şikayətində qeyd etdi.
Məsələ ilə əlaqədar "Bakıelektrikşəbəkə" QSC-nin məlumat bürosundan ANS PRESS-ə verilən məlumata görə, qəsəbəyə elektrik eberjisi verilişinin dayandırılmasına səbəb ərazinin naqillərinin yenilənməsidir. Belə ki, Nardalan 1 və Nardaran 2 adlanan əraziyə müasir naqilləşmə sistemilə əlaqədar olaraq elektrik verilişi müvəqqəti olaraq dayandırılıb. Naqillər köhnə olduğundan qəsəbəyə elektrik verilişində tez-tez problem yaranırmış. Buna görə də əraziyə yeni naqillərin çəkilməsinə başlanılıb.
Kəndə elektrik enerjisi təmir işləri yekunlaşandan sonra veriləcək.
DOSTLARINLA PAYLAŞ: