Nardaranda seçki sabit keçir
07 Noyabr 2010 Bazar 16:10
Səhər saatlarından Nardaran kənd əhalisi öz seçimlərini etmək üçün məntəqələrə gəlməyə başlayıb.
Bakı kəndlərində günün ilk saatlarında seçicilərin aktivliyi orta olub. 28 saylı Sabunçu 3-cü seçki dairəsinin məntəqələrində seçici fəallığı xüsusilə nəzərə çarpıb. Bu seçki dairəsinin ərazisinə Maştağa və Nardaran kəndləri də daxildir. Səhər saatlarından kənd əhalisi öz seçimlərini etmək üçün məntəqələrə gəlməyə başlayıb.
Seçkinin gedişatını qeyri-hökümət təşkilatlarının, siyasi partiyaların nümayəndələri, namizədlərin vəkilləri müşahidə edib.
Müşahidəçi qismində seçkidə iştirak edən Rasim Əlizadə hər hansı saxtakarlığa, qanun pozuntusuna yol verilmədiyini bildirib. “Ancaq çox təəssüf ki, müşahidə apardığım məntəqədərin çoxunda namizədlərin əksəriyyətinin müşahidəçiləri iştiak etməyib”.
Nardaran qəsəbəsindəki 14 və 27 saylı seçki məntəqələrində xüsusi aktivlik hiss olunub. Seçicilərin sözlərinə görə, onların səsverməsində hər hansı bir problem yaranmayıb və onlar istədikləri namizədə səs veriblər.
Qeyd edək ki, 28 saylı Sabunçu 3-cü seçki dairəsinin müşahidə aparılan seçki məntəqələrində “Els” təşkilatı "exit-poll" keçirir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: