Ölkə

Naftalanda yeni müalicəvi sanatoriya-kurort yaradılacaq

Sahibkarlığa Kömək Milli Fondu sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır

· Xəbərçi
Naftalanda yeni müalicəvi sanatoriya-kurort yaradılacaq
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Naftalan şəhərində prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, fond tərəfindən Naftalan şəhəri üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- istixana şəraitində faraş tərəvəz məhsulları istehsalı sahəsinin yaradılması;
- beynəlxalq tələblərə cavab verən müalicəvi sanatoriya-kurort müəssisələrinin yaradılması.

“Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”na uyğun olaraq, bu gündən etibarən sahibkarlıq subyektləri müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Şərhlər