Naftalanda bayraq meydanının açılışı olub
09 Noyabr 2010 Çərşənbə Axşamı 14:45
Burada 65 metr hündürlükdə bayraq dalğalandırılıb.
Azərbaycanın ən tanınmış kurort şəhəri olan Naftalanda bayraq günündə Bayraq meydanının açılışı olub. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, meydan şəhərin girişində salınıb və orada 65 m hündürlüyündə bayraq ucaldılıb. Bayrağın eni 10, uzunluğu isə 20 metrdir.

Qeyd edək ki, 3 ha ərazini əhatə edən meydan ARDNŞ-in vəsaiti hesabına tikilib. Burada əsaslı abadlıq işləri aparılıb, xüsusi işıqlandırma sistemi qurulub. Meydanda 2 mindən artıq şam ağacı əkilib və ərazinin yaşıllaşdırılmasına başlanıb.

Naftalan şəhərinin baş memarı Əmiraslan Həsənovun sözlərinə görə, meydan üçün xüsusi arteziandan min metr uzunluğunda su xətti çəkilib. Meydan şəhərin girişində yerləşdiyindən bura daha da genişləndiriləcək. Ərazidə çay evi, əhalinin gəzməsi, oturub-dincəlməsi üçün yerlərin salınması da nəzərdə tutulub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar