Ölkə

Müxalifət aksiya keçirməyə cəhd edib

Polis aksiya iştirakçılarını hadisə yerindən uzaqlaşdırıb.

· Xəbərçi
Müxalifət aksiya keçirməyə cəhd edib
Bu gün Hüseyn Cavid parkında Müsavat Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Demokratiya Uğrunda İttifaqa daxil olan partiyaların fəalları piket keçirməyə cəhd ediblər. Nümayişə millət vəkili Pənah Hüseyn də qatılıb. O, Yasamal rayon Polis İdarəsinin rəisi ilə danışıqlar aparıb. Millət vəkili Pənah Hüseynin ANS PRESS-ə verdiyi məlumata görə, o mitinqi baş tutmuş hesab edir.


İcazəsiz aksiyanının keçirilməsinə icazə verməyən polis 15-16 nəfər aksiya iştirakçsını həbs edib.
ANSPRESS

Şərhlər