“Musavat” iyulun 31-də mitinq keçirəcək
20 İyul 2010 Çərşənbə Axşamı 15:50
“Musavat” iyulun 31-də mitinq keçirəcək. Mitinq DUİ və AXCP ilə bir yerdə keçirilə bilər.
Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. İclasda parlament seçkisinə hazırlıq, seçki dairələri üzrə namizədlərin müəyyənləşdirilməsi, kütləvi aksiyalarla bağlı müzakrələr aparılıb.
Növbəti mitinqin iyul ayının 31-də digər müxalifət qüvvələri ilə eyni zamanda və eyni məkanda keçirilməsi məqsədəuyğun hesab edilib və bunun üçün səylərin davam etdirilməsi qərara alınıb.
Müsavat başqanının müavinni Tofiq Yaqublunun dediyinə görə, partiya 31 iyul mitinqinin Demokratoya Uğrunda İttifaq və Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə birgə keçirilməsi üçün sözügedən qurumlarn rəhbərliyi ilə razılığa gəlməyə çalışacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: