Müharibə hələ bitməyib
23 Dekabr 2010 Cümə Axşamı 23:55
"Müharibənin birinci mərhələsi başa çatıb"
"Müvəqqəti olaraq Ermənistan qoşunlarının Dağlıq Qarabağ və ona bitişik ərazilərdə yerləşdirilməsi müharibəni udmaq mənasına gəlmir. Bu ərazilər tarixi Azərbaycan torpaqlarıdır". Bu fikirləri Milli Məclis sədrinin birinci müavini, parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov ifadə edib.
Z.Əsgərov bildirib ki, müharibə hələ bitməyib, müharibənin birinci mərhələsi başa çatıb. Onun sözlərinə görə, bu gün dünyada siyasi və hərbi vəziyyət Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın xeyrinə dəyişir.
Parlamentin birinci vitse-spikeri Minsk qrupu həmsədrlərinin biri olan Rusiyanın hələ də Ermənistanı silahlandırdığını deyib. "Sülh missiyasını üzərinə götürən Rusiya hələ də Ermənistanı silahlandırır. Bu, onun sülhyaratma missiyasına xələl gətirir. Dəfələrlə demişik ki, Rusiyanın Ermənistanı silahlandırmasının qarşısı alınmalıdır. Bütün bunlara baxmayaraq, Azərbaycan ordusu hərbi yolla torpaqlarımızı işğaldan azad etməyə qadirdir”,- deyə Z.Əsgərov vurğulayıb.
DOSTLARINLA PAYLAŞ: