Ölkə

Müflis olmuş biznesmen özünü yandırdı

Onun külli miqdarda borcu olduğu bildirilir

· Xəbərçi
Müflis olmuş biznesmen özünü yandırdı
Tovuz rayonunda dəhşətli intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan verilən məlumata görə, Alakol kənd sakini 55 yaşlı Vaqif Sadıqov özünü yandırıb. Meyit yandıqdan sonra yanğın hətta evə də keçib.

İşin istintaqını aparan müstəntiq Asif Musayev bildirib ki, hadisə barədə ilk xəbər tutan qonşular olub. V.Sadıqovun evinin yandığını görən qonşular onu söndürmək istəyiblər. Yanğın söndükdən sonra V.Sadıqovun kül olmuş cəsədi evdə aşkarlanıb.

Üç uşaq atası olan mərhumun külli miqdarda borcu olduğu bildirilir. Rusiyada alver edən V.Sadıqov müflis olubmuş. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Şərhlər