Azərbaycanlı əslli işadamı Mübariz Mənsimov Türkiyə Muğla vilayətinin Bodrum rayonunda yəhudi işadamı Cefi Kamhiyə aid “Port Bodrum Yalıkavak” yaxtklubunu alıb. ANS PRESS “Doğan” agentliyinə (DHA) istinadən xəbər verir ki, Milli Əmlak komitəsinin təsdiqindən sonra müəssisə artıq işadamına məxsus “Palmali” şirkətlər qrupu tərəfindən idarə olunacaq. Cənab Mənsimov əlavə investisya ilə yaxtklubu böyütməyi planlaşdırdıqlarını bildirib. “Yaxtkluba 20 milyon avroluq əlavə investisya qoymağı planlaşdırırq. “Yalıkavak” Bodrumun ən böyük yaxtklubu olacaq”.
Bodruma xüsusi marağı olduğunu bildirən M. Mənsimov 2 il əvvəl də burda “Tekfen” holdinqə aid bir oteli aldığını və bu müəssisənin “Palmalife” oteli adıyla fəaliyyət göstərdiyini deyib.
Mübariz Mənsimov Bodrumda yaxtklub alıb
Milli Əmlak komitəsinin təsdiqindən sonra müəssisə işadamına məxsus “Palmali” şirkətlər qrupu tərəfindən idarə olunacaq




Şərhlər