Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş yürüş keçirilib
25 İyul 2010 Bazar 15:00
Milli qəhrəman Mübariz İbrahimovun anım mərasimində 200-dən çox insan iştirak edib.
Bu gün Biləsuvar rayonundakı Əliabad kəndində milli qəhrəman, şəhid Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş yürüş keçirilib. Əllərində Azərbaycan bayrağı və şəhidin şəkillərini tutan gənclər küçədə yürüş edib. Avtomobil karvanı şəhidin yaşadığı küçədən keçib.

Daha sonra milli qəhrəmanın doğulub boya-başa çatdığı evin həyətində anım mərasimi keçirilib. Mərasimdə iştirak edənlər şəhidin həyatından söhbət edib, atası iştirakçılara onun son məktubunu oxuyub. Mərasimdə 200-dən çox insan iştirak edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar