Ölkə

Mübariz İbrahimova “Milli Qəhrəman” adı verildi

Mübariz İbrahimova “Milli Qəhrəman” adı verildi. Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

· Xəbərçi
Mübariz İbrahimova “Milli Qəhrəman” adı verildi
Azərbaycan prezidenti İlham Əliyev müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda şəhid olmuş gizir Mübariz Ağakərim oğlu İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi barədə sərəncam imzalayıb.

“Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə gizir Mübariz Ağakərim oğlu İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilsin (ölümündən sonra)”, - deyə sərəncamda bildirilir. ANSPRESS

Şərhlər