Qurum 89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə daxil olmuş müraciəti Respublika Baş Prokurorluğuna göndərib
Bakı. Pərvin Abbasov-APA. Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
APA-nın məlumatına görə, iclasda 2010-cu il noyabrın 7-də keçirilmiş Milli Məclisə seçkilərlə bağlı MSK-ya daxil olmuş müraciətlərə baxılıb.
Müraciətlər barədə MSK katibi Natiq Məmmədov, MSK üzvləri Qabil Orucov, Validə Kazımova, Ramiz İbrahimov və Nizami Nadirov məlumat verib.
Baxılmış müraciətlərin ümumi sayı 7 olub. Müraciətlərdən 4-ü müraciətçinin özünə qaytarılıb, 2-i təmin olunmayıb. 89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə daxil olmuş müraciət isə aidiyyatı üzrə Respublika Baş Prokurorluğuna göndərilib.