Bu gün Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. İclasda noyabrın 7-də Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar MSK-ya daxil olmuş 47 müraciətə baxılıb. Daxil olmuş müraciətlərdən birində keçmiş namizədlərdən birinin imzası uyğun gəlmədiyinə görə ərizənin hüquq ekspertləri tərəfindən araşdırılması qərara alınıb.
İclasda MSK sədri Məzahir Pənahov deyib ki, daxil olan şikayətlər ekspertlər tərəfindən əhatəli şəkildə araşdırılır və bütün subyektlər üzrə aidiyyatı sənədlər toplanır.
MSK-nın növbəti iclası keçirilib
İclasda 47 müraciətə baxılıb




Şərhlər