28 məntəqədə parlament seçkisinin nəticələri ləğv olunub
22 Noyabr 2010 Bazar Ertəsi 10:35
Yekun protokol bu gün təsdiq ediləcək
Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclasında 28 seçki məntəqəsində seçki nəticələrinin ləğv olunması barədə qərar çıxarılıb. 22 saylı Nəsimi 2-ci seçki dairəsi üzrə 3, 40 saylı Kəpəz 2-ci seçki dairəsi üzrə 1, 31 saylı Suraxanı 2-ci seçki dairəsi üzrə 1, 113 saylı Şəki şəhər seçki dairəsi üzrə 5, 60 saylı Salyan-Neftçala seçki dairəsi üzrə 6, 63 saylı Sabirabad 1-ci seçki dairəsi üzrə 6, 26 saylı Sabunçu seçki dairəsi üzrə 6 seçki məntəqəsində seçicilərin iradəsinin müəyyən edilməsi mümkün olmadığından həmin məntəqələrdə keçirilmiş səsvermənin nəticələrinin etibarsız hesab edilməsi qərara alınıb.

İclasda Milli Məclisə seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasının yekun protokolunun tərtib olunması barədə qərar qəbul edilib. Yekun protokol bu gün təsdiq ediləcək. Bundan sonra protokol Konstitusiya Məhkəməsinə göndəriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar