Moskvadan Bakıya gələnlərin sayı azalıb
09 Avqust 2010 Bazar Ertəsi 15:05
N.Əzməmmədov: “Rusiyadakı yanğınlar Azərbaycan dəmir yollarının işinə təsir etməyib”.
“Rusiyada baş verən yanğınların yaratdığı tüstü və duman Azərbaycan dəmiryolarının işinə təsir etməyib. Qatarlar cədvəl üzrə hərəkətini davam etdirir”. Bu sözləri ANS PRESS-ə açıqlamasında "Azərbaycan Dövlət Dəmir Yolları" QSC-nin mətbuat katibliyinin rəhbəri Nadir Əzməmmədov bildirib.

Onun sözlərinbə görə, Bakıdan Moskvaya həftədə üç dəfə qatar yola salınır: “Həftənin bazar ertəsi, çərşənbə axşamı və cümə günləri Bakıdan Moskvaya sərnişin qatarı yola düşür. Hər həftənin bazar, çərşənbə axşamı və cümə axşamları isə Moskvadan Bakıya qatar gəlir. Hər qatar heyətində 548 yer var. Son üç gündə Moskvadan Bakıya birinci dəfə 270, ikinci dəfə 240, sonuncu dəfə isə 147 nəfər sərnişin gəlib. Göründüyü kimi, Bakıdan Moskvaya yollanan qatarlarda heç bir problem yoxdur. Amma Moskvadan Bakıya gələn sərnişinlərin sayında ciddi azalma qeydə alınıb”.

N.Əzməmmədov deyir ki, Moskvada baş vermiş yanğınlar Bakı-Moskva dəmiryolu xəttinin yalnız iki stansiyasında hiss olunur. Onun sözlərinə görə, onlardan biri Ojerelye, digəri isə Uzlavaya stansiyalarıdır ki, burada yanğının tüstüsü hiss olunur və açıq-aşkar görünür, digər stansiyalarda isə heç bir problem yoxdur.

Dəmiryolu İdarəsinin rəsmisi deyir ki, Bakıdan Moskvaya gedən sərnişinlərin yola salınmasında və sayında da heç bir problem yoxdur, lakin Moskvadan Bakıya gələnlərin sayı azalıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar