Monitorinq insidentsiz başa çatıb
01 Mart 2011 Çərşənbə Axşamı 14:31
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, monitorinq baş tutub
Bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq qoşunların təmas xəttində monitorinq keçirilib. Monitorinq Azərbaycan Respublikasının Qazax rayonunun Bala Cəfərli kəndi ilə Ermənistanın Kayan kəndi arasındakı yolun yaxınlığındakı təmas xəttində baş tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, monitorinq baş tutub və bu zaman heç bir insident qeydə alınmayıb.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin koordinatoru İmre Palatinus və səhra köməkçsi Antal Herdiç, təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Uilyam Praroy və Caslan Nurtazin keçirib.
DOSTLARINLA PAYLAŞ: