Minsk qrupu azyaşlının ölümünə ciddi yanaşmalıdır
14 Mart 2011 Bazar Ertəsi 15:45
"Dağlıq Qarabağ azərbaycanlılarının icması" İB-nin sədri belə deyib
Azyaşlı uşağı öldürməklə Ermənistan beynəlxalq qayda-qanunları, o cümlədən humanizm prinsiplərini tanımadığını nümayiş etdirir. Azyaşlı uşağın Ermənistan silahlı qüvvələri tərəfindən snayperlə öldürülməsi xalqımız üçün çox kədərli hadisədir. Əslində, bu fakt açıq-aşkar Ermənistanın mahiyyətindən xəbər verir. ANS PRESS-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyasının rəsmi saytına açıqlamasında "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin sədri Bayram Səfərov deyib.

Onun sözlərinə görə, bununla da, işğalçı dövlət beynəlxalq ictimaiyyətə meydan oxuyur: "Hesab edirəm ki, nüfuzlu beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupu bu fakta ciddi yanaşmalıdırlar. Əks halda, xalqımızın bu təşkilatlara daha heç bir inamı qalmayacaq".


DOSTLARINLA PAYLAŞ:

oyunlar