Milli Qəhrəmanın oğlu məhkəmədə qalib gəldi
26 Avqust 2010 Cümə Axşamı 18:20
Vüqar Şahverdiyevin "Boshelf" şirkətinə qarşı iddiası təmin olunub.
Bu gün Qaradağ rayon məhkəməsində hakim Orxan Rüstəmovun sədrliyi ilə "Boshelf" neft şirkətinin işi ilə bağlı məhkəmə prosesi keçirilib. Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı ANS PRESS-ə açıqlamasında bildirib ki, məhkəmədə "Boshelf"in keçmiş işçisi Vüqar Şahverdiyevin iddiaları təmin olunub.
Qeyd edək ki, iyul ayının 7-də şirkəti məhkəməyə verən "Boshelf"in keçmiş işçisi Vüqar Şahverdiyev işdən kənarlaşdırılmasının qeyri-qanuni olduğunu iddia edib. Onun hüquqlarını hüquqşünas Azər Quliyev müdafiə edib. Onu da xatırladaq ki, Vüqar Şahverdiyev Milli Qəhrəman İsrafil Şahverdiyevin oğludur. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: