Milli Məclisin komitə sədrləri Hadi Rəcəbli, Eldar İbrahimov və deputat Hüseynbala Mirələmov bu gün Özbəkistanın Daşkənd şəhərinə səfər edəcəklər. ANS PRESS-in Milli Məclisin saytına istinadən verdiyi məlumata görə, deputatlar, Hüseynbala Mirələmovun “Görkəmli şəxsiyyətlərin həyatı” silsiləsindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunmuş kitabının özbək dilində təqdimat mərasimində iştirak edəcəklər. Millət vəkilləri görkəmli dövlət xadiminin həyat və fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat verəcək, onunla bağlı xatirələrini bölüşəcəklər.
Səfər dekabrın 13-də başa çatacaq.
Milli Məclisin üzvləri Daşkəndə gedirlər
Özbəkistan paytaxtında Heydər Əliyevə həsr olunmuş kitabının özbək dilində təqdimat mərasimi keçiriləcək




Şərhlər