“Microsoft” 900 milyon insana aid şəxsi məlumatların təhlükə altında olduğunu bildirir. Korporasiya buna səbəb kimi “Windows” əməliyyat sistemindəki təhlükəsizlik boşluğu olduğunu göstərir. “Microsoft” hesab edir ki, bu boşluq səbəbilə “Internet Explorer” istifadəçisi olan 900 milyon nəfərin şəxsi məlumatları hakerlər tərəfindən oğurlana bilər.
İddiaya görə, “Internet Explorer” meydana gələn boşluq səbəbilə müəyyən saytlarda ilişib qalır və hakerlər bu vaxt istədikləri məlumatı ələ keçirirlər. Bu boşluğun “Windows”un “7”, “XP” və “Vista” versiyalarında olduğunu bildirən “Microsoft” istifadəçilərə təcili olaraq bu sistem yamasını yükləməyi məsləhət görüb.
Microsoft istifadəçilərinə təcili xəbərdarlıq edir
“Internet Explorer” meydana gələn boşluq səbəbilə bəzi saytlarda ilişib qalır və hakerlər istədikləri məlumatı ələ keçirirlər




Şərhlər