Metroda işıqlar sönüb
30 Oktyabr 2010 Şənbə 22:00
İldırım çaxması nəticəsində “Elmlər Akademiyası” stansiyasında enerji verilişi kəsilib.
Bu gün axşam saat 19:00 radələrində Bakı şəhərində ildırım çaxması nəticəsində Yasamal rayonu ərazisində yerləşən Sallaqxana yarımstansiyasına gələn elektrik xəttində gərginlik itib. Nəticədə Yasamal rayonunun bəzi yerlərində, eləcə də Bakı Metropolitenin “Elmlər Akademiyası” stansiyasında enerji verilişi kəsilib. Bakı Elektrikşəbəkənin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin ANS-ə verdiyi məlumata görə, qısa müddət ərzində qəza aradan qaldırılıb və enerji verilişi bərpa edilib.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar bürosu bu axşamdan etibarən Bakı və Abşeron yarımadasında yağışlı hava şəraitinin hökm sürəcəyi ilə bağlı məlumat yayıb. Bu cür hava şəraiti sabahadək davam edəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar